Bakıda böyük layihə: sürücülər maşını gölün üstündən sürəcək - VİDEO

Bakıda böyük layihə: sürücülər maşını gölün üstündən sürəcək - VİDEO
SOSİAL
14:21 29.03.2018
4676
Yolun bu ilin sonuna istifadəyə verilməsi planlaşdırılır

AZXEBER.COM Real TV-yə istinadən xəbər verir ki, Bakıda daha bir magistral yol layihəsi reallaşır. Böyükşor gölünü ikiyə bölən bəndin üzərindən keçəcək yol Ziya Bünyadov prospektini Balaxanı-Binəqədi yolu ilə birləşdirəcək.

İqtisadiyyat Nazirliyinin koordinasiyası ilə "Təmiz Şəhər" ASC tərəfindən "Böyükşor gölünün bərpası" layihəsinin birinci mərhələsi çərçivəsində gölün 300 hektar ərazisi təmizlənib,  gölün kənarında 15 hektara yaxın ərazidə Böyükşor Parkı və Bulvarı salınıb.

Həmçinin 1570 metr uzunluğunda bənd çəkilərək Böyükşor gölü iki hissəyə ayrılıb

Birinci dərəcəli yolun başlanğıcında və sonunda iki tunel inşa ediləcək. 

Yolun istifadəyə verilməsindən sonra Koroğlü metrostansiyası qarşısında yolda sıxlıq azalacaq. Eləcə də Binəqədi, Zabrat istiqamətinə hərəkət edən sürücülərin yolu qısalacaq və nəticədə vaxta da qənaət etmiş olacaqlar. Yolun bu ilin sonuna istifadəyə verilməsi planlaşdırılır.

OXŞAR XƏBƏRLƏR