Bakıda böyük oğurluq: 173 min manat apardılar

Bakıda böyük oğurluq: 173 min manat apardılar
SOSİAL
17:15 08.04.2018
7149
Günün günorta çağı, Vergilər Nazirliyi yaxınlığındakı "Kapital bank” bankomatını iki nəfər "laqonda” ilə yarıb, 173.000 manatı oğurlayıb. Üzlərində əleyhqaz olub.

AZXEBER.COM  axar.az-a istinadən xəbər verir ki, bu məlumatı jurnalist Jalə Mütəllibova yayıb. Səhih xəbər olduğunu xüsusi qeyd edən jurnalist oğruların mühafizəçini aldatdığını da bildirib:

"Yaxınlıqdakı mühafizəçi soruşub ki, qardaş, neynirsiniz? Adamlar soyuqqanlılıqla cavab veriblər ki, bəs, "Sanepidemstansiya”dan gəlmişik, buraları dərmanlayırıq. Mühafizəçi o qədər hazırlıqsız və sadəlövh olub ki, ən elementar sualları belə verməyib. Maskalı qardaşlar pulu götürüb gediblər, indi Yasamal polisi də, bank də oğru axtarışındadır...”

J.Mütəllibova kamera və rəsmi dövlət qurumları ilə dolu olan ərazidə, günün tən ortasında bankomatı "laqonda” ilə yaran oğruların hərəkətindən təəccübləndiyini gizlətməyib.
OXŞAR XƏBƏRLƏR