Bakıda “Caspian Plaza” yanır - FOTO

Bakıda “Caspian Plaza” yanır - FOTO
SOSİAL
11:58 31.07.2018
9169
Bakıda yanğın "Caspian Plaza" yanır.
 
AZXEBER.COM virtualaz.org-a istinadən xəbər verir ki, bu dəqiqələrdə Bakının Cəfər Cabbarlı küçəsində yerləşən "Caspian Plaza" iş mərkəzində yanğın baş verib.

Hadisə yerinə yanğınsöndürən briqadalar cəlb olunub.

İş mərkəzində çalışanlar təxliyə ediliblər.

İlkin məlumata görə, yanğına səbəb elektrik xətlərində qısaqapanmanın olmasıdır.

Tüstünün binanın bütün mərtəbələrini əhatə etdiyi bildirilir.

Hadisə nəticəsində ölən və yaralanan olmayıb.
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR