Bakıda cənazə daşıyan avtomobilin sürücüsü bıçaqlandı

Bakıda cənazə daşıyan avtomobilin sürücüsü bıçaqlandı
HADİSƏ
09:29 25.12.2024
434
Bakının Sabunçu rayonunda bir nəfər bıçaqlanıb.

Hadisə Zabrat qəsəbəsində baş verib.

Belə ki, 1989-cu il təvəllüdlü Abbasquliyev Abdulla Bayram oğlu dava zamanı bıçaqlanıb.

Yaralı çoxsaylı bıçaq xəsarətləri alıb. O xəstəxanaya yerləşdirilib.

Xəstənin hazırda əməliyyat olunduğu bildirilir.

Qeyd edək ki, A.Abbasquliyev cənazə daşıyan avtomobilin sürücüsüdür. /APA

OXŞAR XƏBƏRLƏR