Bakıda cərimə meydançasında maşınları kim yandırdı?

Bakıda cərimə meydançasında maşınları kim yandırdı?
SOSİAL
16:30 31.05.2016
2540
Abşeron rayonunda Bakı Şəhər Dövlət Yol Polisinin cərimə meydançasında dayanmış, sahibləri məlum olmayan "Chrysler", "Mercedes", "Mitsubishi" və "Ford" markalı minik avtomobillərinin yanmasının səbəbi məlum olub.
Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirdi ki, yanğın heç də təsadüf nəticəsində baş verməyib:
"Yanğının baş verməsinə konkret şəxs səbəb olub. Belə ki, polis əməkdaşları sərxoş vəziyyətdə avtomobil idarə edən sürücünü nəqliyyat vasitəsi ilə birgə cərimə meydançasına (dayanacağa) gətiriblər. Dayanacaqda həmin şəxs avtomobildən şəxsi əşyalarını götürmək istədiyini bildirib və polis əməkdaşları da razılıq veriblər. Sərxoş şəxsin maşınında butulkada benzin olub və maşından həmin yanar maddəni götürərək öz avtomobilinin üzərinə tökərək od vurub. Yanğının miqyası getdikcə genişlənib və ərazidəki avtomobillərə də yayılıb. Əraziyə cəlb edilən Fövqəladə Hallar Nazirliyi əməkdaşları tərəfindən yanğının qarşısı alınıb. Hadisəni törədən sürücü tutularaq istintaqa cəlb edilib və barəsində cinayət işi açılıb".
Şöbə rəisi onu da əlavə etdi ki, saxlanılan şəxsin məhkəməsi olacaq və bundan sonra yanan avtomobillərə dəyən zərərin kim tərəfindən ödəniləcəyi müəyyən ediləcək.
Onu da bildirək ki, əgər cərimə meydançasında saxlanılan avtomobillər ehtiyatsızlıq nəticəsində yanarsa və ya yararsız vəziyyət düşərsə, həmin zərər meydançanın təhlükəsizliyini təmin edən müəssisə tərəfindən ödənilir.
Cinayəti törədən şəxsi Abşeron rayon Polis İdarəsinin əməkdaşları saxlasa da onun adı hələlik açıqlanmır.
Ötən gün axşam saatlarında Abşeron rayonunda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Bakı Şəhər Dövlət Yol Polisinin cərimə meydançasında dayanmış, sahibləri məlum olmayan "Chrysler", "Mercedes", "Mitsubishi" markalı minik avtomobilləri naməlum şəraitdə alışaraq yanıb.
Hadisə zamanı "Ford" markalı minik avtomobilinə də qismən zərər dəyib. Meydançadakı digər avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 01:11-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Anspress.com
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev “Ares Management” - qlobal investisiya şirkətinin baş icraçı direktoru ilə görüşüb
20:18 24.09.2025
İlham Əliyev “Ares Management” - qlobal investisiya şirkətinin baş icraçı direktoru ilə görüşüb
Türkiyə və Suriya prezidentlərinin görüşü olub
20:09 24.09.2025
Türkiyə və Suriya prezidentlərinin görüşü olub
Ceyhun Bayramov: Azərbaycan və Pakistanı möhkəm dostluq və tərəfdaşlıq bağlayır
19:57 24.09.2025
Ceyhun Bayramov: Azərbaycan və Pakistanı möhkəm dostluq və tərəfdaşlıq bağlayır
Əli Əsədov Ana Brnabiç ilə görüşüb
19:53 24.09.2025
Əli Əsədov Ana Brnabiç ilə görüşüb
"Mançester Yunayted"in futbolçusu İspaniya nəhənginə keçə bilər
19:53 24.09.2025
"Mançester Yunayted"in futbolçusu İspaniya nəhənginə keçə bilər
Prezident İlham Əliyev Nyu-Yorkda Portuqaliya Prezidenti ilə görüşüb - FOTOLAR
19:48 24.09.2025
Prezident İlham Əliyev Nyu-Yorkda Portuqaliya Prezidenti ilə görüşüb - FOTOLAR
Prezident İlham Əliyev Nyu-Yorkda ABŞ Ticarət Palatasının baş vitse-prezidenti ilə görüşüb - FOTO
19:46 24.09.2025
Prezident İlham Əliyev Nyu-Yorkda ABŞ Ticarət Palatasının baş vitse-prezidenti ilə görüşüb - FOTO
İlham Əliyevin Nyu-Yorkda Bolqarıstanın Baş naziri ilə görüşü olub - FOTOLAR
19:42 24.09.2025
İlham Əliyevin Nyu-Yorkda Bolqarıstanın Baş naziri ilə görüşü olub - FOTOLAR
Britaniyada Avropadakı hava limanlarının işini iflic edən kiberhücumla bağlı bir nəfər saxlanılıb
19:41 24.09.2025
Britaniyada Avropadakı hava limanlarının işini iflic edən kiberhücumla bağlı bir nəfər saxlanılıb
İran və Rusiya kiçik AES-lərin tikintisi barədə razılığa gəlib
19:24 24.09.2025
İran və Rusiya kiçik AES-lərin tikintisi barədə razılığa gəlib
NATO Baş katibi ABŞ-a səfər edəcək
19:16 24.09.2025
NATO Baş katibi ABŞ-a səfər edəcək
Bu kampaniyada qiymətlər danışacaq - FOTO
19:08 24.09.2025
Bu kampaniyada qiymətlər danışacaq - FOTO
Dallasda silahlı hücum olub, 3 nəfər yaralanıb
19:04 24.09.2025
Dallasda silahlı hücum olub, 3 nəfər yaralanıb
İspaniya müdafiə nazirinin təyyarəsinin Kalininqrad yaxınlığında GPS-i pozulub
18:50 24.09.2025
İspaniya müdafiə nazirinin təyyarəsinin Kalininqrad yaxınlığında GPS-i pozulub
Kanada Ukraynaya kibertəhlükəsizliyini möhkəmləndirmək üçün yardım edəcək
18:35 24.09.2025
Kanada Ukraynaya kibertəhlükəsizliyini möhkəmləndirmək üçün yardım edəcək
Meloni və Şaraa ABŞ-da görüşüb
18:19 24.09.2025
Meloni və Şaraa ABŞ-da görüşüb