Bakıda cəzaçəkmə müəssisəsində 28 yaşlı məhbus öldü

KRİMİNAL
12:36 19.05.2021
1035
Azərbaycanda cəzaçəkmə müəssisəsində məhbus vəfat edib.

Hadisə Xəzər rayon, Binə qəsəbəsi ərazisində yerləşən 17 Saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb.

Belə ki, cəzaçəkmə müəssisəsində cəza çəkən, 1993-cü il təvəllüdlü Məmmədağa Əzimov qəfildən ölüb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.
 
///Report

OXŞAR XƏBƏRLƏR