Bakıda cibgirlik edən şəxs saxlanıldı - Anbaan video

Bakıda cibgirlik edən şəxs saxlanıldı - Anbaan video
SOSİAL
14:10 01.04.2026
503
Bakıda polis cibgirlik əməllərində şübhəli bilinən 64 yaşlı əvvəllər məhkum olunmuş Taləddin Əhmədovu saxlayıb. 

Onun Nizami və Sabunçu rayonlarında iki nəfərin çantasından ümmumilikdə 1717 manat, bank kartları və sənədlər olan pul kisəsini əl keçirdiyi məlum olub. Həmin şəxsin törətdiyi əməl təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb. 

Faktlarla bağlı araşdırmalar davam etdirilir.
 

OXŞAR XƏBƏRLƏR