Bakıda görünməmiş hədisə: polislə 30 homoseksual arasında dava düşdü

SOSİAL
12:11 04.10.2016
9348
30 artıq bahalı avtomobillərlə hadisə yerinə gələrək polislərlə mübahisə ediblər

 

Oktyabrın 2-dən 3-nə keçən gecə, saat 2 radələrində Bakının mərkəzində yol qəzası baş verib. Şahidlərin verdiyi məlumata görə, Neftçilər prospekti ilə yüksək sürətlə hərəkət edən «Mitsubishi-Pajero» markalı avtomobil Muzey Mərkəzinin qarşısından Səməd Vurğun küçəsinə dönərkən qəza törədib. Avtomobil sürətlə hərəkət etdiyi üçün sürücü idarəetməni itirib və «Pajero» sağ tərəfdəki səkiyə çıxaraq oradakı dayanma-durmanı qadağan edən yol nişanını əzib, sonra isə reklam dirəyinə dəyərək dayanıb. 

Şahidlərin sözlərinə görə, avtomobildən düşən şəxs cinsi azlığın nümayəndəsi olub. Hadisə yerinə gələn yol polisləri sərxoşluq müayinəsi üçün onu tibbi müayinəyə aparmaq istəyiblər. Lakin həmin şəxs polislərlə mübahisə edərək harasa zəng edib. Bir neçə dəqiqədən sonra hadisə yerinə bahalı avtomobillərlə 30-dan artıq cinsi azlıq nümayəndəsi gəlib. Onlar polislərlə mübahisə edərək qəza törədən homoseksualın harasa aparılmasına etiraz ediblər. 

Məlumata görə, mübahisə zamanı vəziyyət qarışıb və qəza törədən cinsi azlıq nümayəndəsi hadisə yerindən yayına bilib. Onun avtomobili isə evakuatorla aparılıb. Qırılmış yol nişanı hazırda həmin ərazidədir.
 ///Avtosfer.az

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb