Bakıda cinsi azlıqlar gənci döyüb pulunu aldılar

Bakıda cinsi azlıqlar gənci döyüb pulunu aldılar
SOSİAL
16:55 07.02.2017
2807

Bakıda homoseksual gənclər oğurluq ediblər.

Ötən gün Sabunçu rayonunda yerləşən meşə zolağında şəhər sakini 1989-cu il təvəllüdlü Fərid Zeynalova qarşı oğurluq hadisəsi törədilib.

Zeynalov 13-cü polis bölməsinə müraciət edərək 3 nəfərin ona hücum etdiyini və 55 manat pulunu oğurladıqlarını bildirib. Axtarış nəticəsində şübhəli şəxslər saxlanılıb. Onların 1993-cü il təvəllüdlü Yardımlı rayon sakini V.Şahbazov, 1986-cı il təvəllüdlü Masallı rayon sakini Y.Heydərov və 1996cı il təvəllüdlü H. Hümbətzadə adlı gənclər olduğu məlum olub.

İstintaq zamanı saxlanılanların cinsi azlıqlara mənsub olduqları aydınlaşıb.

 
///Sputnik Azərbaycan
OXŞAR XƏBƏRLƏR