Bakıda çoxmərtəbəli binada yanğın - Yenilənib

Bakıda çoxmərtəbəli binada yanğın - Yenilənib
SOSİAL
19:34 03.10.2019
6207

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Nizami rayonu C.Naxçıvanski küçəsində çoxmərtəbəli binada yanğın olması barədə məlumat daxil olub.

AZXEBER.COM  Nazirliyin saytına istinadən xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

 

***

Yanğın binanın 9-cu mərtəbəsində 3 otaqlı mənzildə baş verib. Otağın 1-də başlayan yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

OXŞAR XƏBƏRLƏR