Bakıda çoxmərtəbəli yaşayış binasında güclü yanğın başlayıb - VİDEO

SOSİAL
11:35 01.12.2021
1952
Bakıda çoxmərtəbəli yaşayış binasında güclü yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a məlumat verilib.

Bildirilir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri yanğınsöndürmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsi üçün yanğın baş verdiyi ünvana cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.
 

OXŞAR XƏBƏRLƏR