Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib
SOSİAL
23:13 30.06.2023
278

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib.

Bu barədə AZXEBER.COM-a FHN-dən bildirilib.

Məlumata görə, Qaradağ rayonunda çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 55 m² olan 2 otaqlı evin 1 otağının qapısı və divar üzlüyü 2 m² sahədə yanıb.

Yanğın zamanı 6 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

OXŞAR XƏBƏRLƏR