Bakıda çoxmərtəbəli yaşayış binasının qarajında yanğın olub

Bakıda çoxmərtəbəli yaşayış binasının qarajında yanğın olub
SOSİAL
11:57 15.01.2023
121

Bakı şəhərinin Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən qarajda ümumi sahəsi 3 m² olan taxta konstruksiyalı gözətçi köşkü yanıb.

Fövqəladə Hallar Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, yüksək temperaturdan yaxınlıqda dayanan "Nissan" markalı minik avtomobilinin arxa işıqları və buferi deformasiyaya uğrayıb.

Avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

OXŞAR XƏBƏRLƏR