Bakıda Cümə məscidinin qarşısında adam bıçaqlandı

Bakıda Cümə məscidinin qarşısında adam bıçaqlandı
SOSİAL
13:42 04.05.2019
3382
Bakıda psixi xəstə məscidin qarşısında adam bıçaqlayıb.

AZXEBER.COM-un Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, hadisə mayın 2-si saat 21 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib. 1982-ci il təvəllüdlü Emil Həsənov Cümə məscidinin qarşısında 1984-cü il təvəllüdlü Cavad Musayevi qarnından bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib, E.Həsənov isə saxlanılıb.

Müəyyən olunub ki, hadisəni törədən E.Həsənov 2 saylı Respublika Psixiatriya Xəstəxanasında qeydiyyatdadır. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
OXŞAR XƏBƏRLƏR