Bakıda daha bir avtobus qaydanı pozdu - Qəza şəraiti yaratdı (VİDEO)

Bakıda daha bir avtobus qaydanı pozdu - Qəza şəraiti yaratdı (VİDEO)
SOSİAL
13:51 26.02.2018
1327
Sosial şəbəkələrdə avtobus sürücülərinin ənənə halını almış daha bir qayda pozuntusu ilə bağlı video yayılıb.
 
Hadisə fevralın 26-da səhər saatlarında baş verib.

39 saylı marşrut xətti üzrə hərəkət edən və 44015 tanınma nişanlı avtobus Yasamal rayonu ərazisində, Məhəmməd Xiyabani və Şərifzadə küçələrinin kəsişməsində kobud qayda pozuntusuna yol verib. Məhəmməd Xiyabani küçəsi ilə hərəkət edən avtobus nəqliyyatın hərkətinin sıx vaxtında qarşı hərəkət zolağına çıxıb və işıqforun qırmızı işığına məhəl qoymadan Şərifzadə küçəsinə dönüb. Beləliklə, sürücü həm sərnişinlər, həm piyadalar, həm də Şərifzadə küçəsi ilə işıqforun yaşıl işığında hərəkət edən digər nəqliyyat vasitələri üçün təhlükə yaradıb.
 

OXŞAR XƏBƏRLƏR