Bakıda daha bir avtobus zolağında minib-düşmə yeri yaradılıb

Bakıda daha bir avtobus zolağında minib-düşmə yeri yaradılıb
SOSİAL
22:27 25.06.2025
319

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri rahat şəkildə mindirib-düşürməsini təmin etmək məqsədilə xüsusi yerlərin yaradılması davam etdirilir.

AZXEBER.COM AYNA-ya istinadən xəbər verir ki, növbəti belə yer Neftçilər prospektində (Azərbaycan Dövlət Kukla Teatrının yaxınlığında) təşkil edilib və müvafiq lövhə yerləşdirilib.

Qeyd edək ki, bundan əvvəl Yusif Səfərov və Rəşid Behbudov küçələrində, həmçinin Rəşid Behbudov və Mikayıl Rəfili, 28 May və Fikrət Əmirov küçələrinin kəsişməsində minib-düşmə yerləri sərnişinlərin ixtiyarına verilib.

Məqsəd avtobus zolaqlarında ictimai nəqliyyatın hərəkətinə mane olmadan sərnişinlərin minib-düşməsinə imkan yaratmaqdır.

Minib-düşmə yerlərindən istifadə zamanı ictimai nəqliyyatın hərəkətinə şərait yaradılmalı, minib-düşmələr ən qısa vaxtda yerinə yetirilməli, təhlükəsizlik və manevretmə qaydalarına əməl edilməlidir.
OXŞAR XƏBƏRLƏR