Paytaxtın Yeni Suraxanı və Şüvəlan qəsəbələrini əlaqələndirən 146 nömrəli marşrut üzrə mövcud avtobusların yenilənməsi həyata keçiriləcək.
AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Məlumata əsasən, dekabrın 7-dən sərnişinlərin xidmətinə müasir "Karsan" markalı avtobuslar veriləcək.
Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0.55 manat təşkil edəcək.










































