Bakıda daha bir marşrut xətti kart sisteminə keçir

Bakıda daha bir marşrut xətti kart sisteminə keçir
SOSİAL
14:16 28.09.2021
279
Bakıda fəaliyyət göstərən daha bir marşrut xətti kart sisteminə keçir.

Bakı Nəqliyyat Agentliyindən AZXEBER.COM-a verilən məlumata görə, sabahdan 163 nömrəli marşrut xətti (Ramana qəsəbəsi - Koroğlu NMM) üzrə hərəkət edən avtobuslarda gediş haqqı "BakıKart” vasitəsilə ödəniləcək.

Qeyd edək ki, daha öncə 160 nömrəli marşrut xətti ( Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Lökbatan qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda kart sisteminə keçib.

OXŞAR XƏBƏRLƏR