Bakıda daha bir marşrut xətti üzrə elektrobuslar fəaliyyətə başladı

Bakıda daha bir marşrut xətti üzrə elektrobuslar fəaliyyətə başladı
SOSİAL
11:07 01.12.2024
200
"Çinar Trans” MMC-nin istismarında olan 133 nömrəli marşrut xətti üzrə "Yutonq” markalı elektrik mühərrikli avtobuslar fəaliyyətə başlayıb.

Bu barədə AZXEBER.COM-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

Elektrik mühərrikli avtobuslar sıfır emissiya texnologiyası ilə təchiz edilib ki, bu da ətraf mühitin qorunmasına mühüm töhfə verir. Bununla yanaşı, avtobuslar sərnişinlərin komfort səviyyəsini artırmaq üçün ən son texnologiyalarla təmin olunub.
OXŞAR XƏBƏRLƏR