Bakıda daha bir məktəb distant tədrisə keçdi

SOSİAL
18:03 22.10.2021
580
Paytaxtdakı 299 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.

Qeyd olunan məktəbdə COVID-19 infeksiyasına yoluxma faktı təsdiq olunub.

Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı əsasında 299 nömrəli tam orta məktəbdə əyani tədris 14 gün müddətinə distant təhsillə əvəz olunub.

Qeyd edək ki, bu gün Bakıda 124 nömrəli tam orta məktəbdə də əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.
 
///Oxu.Az

OXŞAR XƏBƏRLƏR