Bakıda daha bir neçə yol bağlanır

Bakıda daha bir neçə yol bağlanır
SOSİAL
21:32 29.08.2024
194
«Formula 1» üzrə Qatar Airways Azərbaycan Qran-prisinə hazırlıq çərçivəsində 29 avqust, saat 23:59-dan etibarən İstiqlaliyyət küçəsinin Məmməd Əfəndiyev, Murtuza Muxtarov, Adil Babayev və Zərgərpalan küçələri ilə kəsişmələrində nəqliyyatın hərəkəti məhdudlaşacaq.

Məhdudiyyətlər yarışların sona çatmasına qədər qüvvədə olacaq.

Qeyd edək ki, «Formula 1» üzrə Qatar Airways Azərbaycan Qran-prisi sentyabrın 13-dən 15-dək keçiriləcək.
OXŞAR XƏBƏRLƏR