Bakıda mikromobillik infrastrukturunun genişləndirilməsi istiqamətində işlər davam etdirilir.
AZXEBER.COM xəbər verir ki, Azadlıq prospektinin Dilarə Əliyeva və Xaqani küçələri arasındakı hissəsində mikromobillik zolağı təşkil edilib.
Yeni zolaq 28 May, Nizami və Xaqani küçələrindəki mikromobillik zolaqlarını əlavə istiqamətdən birləşdirib.
Ərazidə müvafiq yol nişanları quraşdırılır. Yaxın günlərdə təhlükəsizlik sədlərinin də quraşdırılması nəzərdə tutulur.
Hazırda Bakıda mikromobillik zolaqlarının ümumi uzunluğu 67,8 kilometrə çatıb. Şəhər konsepsiyası çərçivəsində şəbəkənin daha da genişləndirilməsi planlaşdırılır.











































