Bakıda daha bir süpürgəçini maşın vurub öldürdü

Bakıda daha bir süpürgəçini maşın vurub öldürdü
SOSİAL
12:42 31.07.2018
5839
Bakıda süpürgəçi ölümü ilə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, iyulun 30-da saat 10 radələrində Yasamal rayonunun  Mətbuat prospektində Bakı şəhər sakini Fərhad Vəliyev idarə etdiyi "Hyundai” markalı avtomobillə yolun kənarında təmizlik işləri aparan mənzil kommunal istismar sahəsinin işçisi Telli Babayevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş T.Babayeva orada ölüb.

Yasamal RPİ tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR