Bakıda daha bir sürücü avtomobili arxa-arxaya sürərək təhlükəli şərait yaradıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
Belə ki, 24-BD-091 dövlət nömrə nişanlı avtomobilin sürücüsü nəqliyyatı "20 Yanvar" metrosu yaxınlığındakı tuneldə geriyə sürüb.
Xatırladaq ki, bir neçə gün öncə Nərimanov rayonu ərazisində, Heydər Əliyev Mərkəzinin yaxınlığında yolda hərəkət istiqamətində "Volkswagen Touareg” markalı avtomobil qarşısında DYP avtomobilini görüncə geriyə doğru hərəkət etməyə başlayıb.