Bakıda tikinti materiallarının satışı mağazası yanır.
AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda tikinti materiallarının satışı mağazasının dam örtüyü yanır.
Yanğın baş verən əraziyə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev və Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev gəlib.