Bakıda dayanacaq qəza nəticəsində dağılıb - VİDEO

Bakıda dayanacaq qəza nəticəsində dağılıb - VİDEO
SOSİAL
00:38 24.02.2026
658
Bakının Binəqədi rayonunda yerləşən dayanacaqlardan biri yararsız hala düşüb. Sakinlərin sözlərinə görə, bir neçə gündür dayanacağın şüşələri qırılıb, konstruksiya hissələri dağıdılıb və ərazi təhlükəli vəziyyətdə qalıb. Ətraf əraziyə səpələnmiş şüşə qırıntıları xüsusilə məktəbə gedən uşaqlar və ictimai nəqliyyatdan istifadə edən sakinlər üçün risk yaradır.

AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, hətta ərazidəki elektrik xətləri də kəsilib.

Sakinlərin sözlərinə görə, ərazinin bu vəziyyətdə olması təhlükə mənbəyidir.

Burdan mütəmadi istifadə edənlərin sözlərinə görə, dayancaq bir necə gündür bu vəziyyətdə olsa da yerdəki qalıqları təmizləyən yoxdur.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyinə müraciət etdik.

Qurumdan bildirildi ki, sözügedən ünvanda dayanacaq pavilyonu qəza nəticəsində zərər görüb. Qəzalı pavilyon məntəqədən götürülüb. Ərazidə yeni pavilyon quraşdırılacaq.

OXŞAR XƏBƏRLƏR