Bakıda dayə işlədiyi evdən 80 minlik qızıl oğurladı
SOSİAL
11:55 09.11.2016
1006
Bakının mərkəzində evdən külli miqdarda qızıl oğurlanıb.
Bu barədə APA-ya Səbail rayon Polis İdarəsindən bildirilib.
Məlumata görə, Bakı şəhər sakini Azər Kazımovun evindən 80 min manat dəyərində qızıl əşyaları oğurlanıb. Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, həmin evdə dayə işləyən paytaxt sakini Sevinc Fərəcova saxlanılıb.