Bakıda dəhşət: 14 yaşlı qız faciəvi şəkildə öldü

Bakıda dəhşət: 14 yaşlı qız faciəvi şəkildə öldü
SOSİAL
16:54 17.11.2025
953
Bakıda çoxmərtəbəli binadan yıxılan yeniyetmə qız həlak olub.

Hadisə noyabrın 16-sı saat 23:00 radələrində Nəsimi rayonu Abay döngəsi 360 ünvanındakı binada qeydə alınıb.

Belə ki, 2011-ci il təvəllüdlü N.Qocayeva yaşadığı 16-cı mərtəbədəki mənzilin pəncərəsindən yıxılıb.

O, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.
 
///Qafqazinfo.az
OXŞAR XƏBƏRLƏR