Bakıda dəhşət: 28 yaşlı gənc pəncərədən yıxıldı

SOSİAL
16:00 11.07.2019
5848
Bakının Nərimanov rayonunda bədbəxt hadisə baş verib.

AZXEBER.COM-un APA-ya istinadən verdiyi məlumatına görə, 1991-ci il təvəllüdlü Orxan Ağayev yaşadığı evin pəncərəsindən düşərək ölüb.

Hadisənin intihar olduğu, yaxud ehtiyatsızlıqdan baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Qeyd edək ki, O. Ağayev Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi, polkovnik Əlaslan Ağayevin oğludur.

OXŞAR XƏBƏRLƏR