Dünən Bakı şəhərinin Xətai rayonunda baş vermiş intiharla bağlı bəzi məqamlar üzə çıxıb.
Gəncə prospektindəki evin eyvanında özünü asaraq intihar edən 25 yaşlı Elvin Hüseynov xeyli vaxt imiş ki, işsiz imiş. Subay olan Elvin hadisəni anası ilə evdə birlikdə olarkən törədib. O, eyvana çıxaraq barmaqlığa bərkitdiyi iplə özünü asıb. Bir az sonra oğlunun qayıtmadığını görən ana eyvana çıxdıqda dəhşətli mənzərə ilə qarşılaşıb. İntihar edən gəncin hər hansı məktubu tapılmadığından hadisənin səbəbi barədə dəqiq məlumat əldə etmək hələlik mümkün olmayıb. E.Hüseynovun telefonu araşdırmalar çərçivəsində götürülüb.
///Lent.az