Bakıda dəhşət: Ata 2 yaşlı oğlunun boğazını kəsib öldürmək istədi

SOSİAL
14:53 11.08.2020
1345
Baş Prokurorluq 2 yaşlı oğlunu bıçaqlayan ata ilə bağlı məlumat yayıb.
 
AZXEBER.COM-a daxil olan açıqlamada qeyd edilir ki, avqustun 5-də saat 14 radələrində Səbail rayonu ərazisində Emil Kazıyevin 2018-ci il təvəllüdlü oğlu Ömər Şabanova bıçaq xəsarətini yetirməsi, daha sonra özünün də bədənin müxtəlif nahiyələrinə xəsarətlər yetirməsi barədə Səbail rayon Polis İdarəsinə məlumat daxil olub.

Həmin məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilməklə, zəruri prosessual hərəkətlər keçirilmiş və fakta görə Səbail RPİ-də Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Aparılmış istintaq zamanı Emil Kazıyevin bıçaqla boğaz nahiyəsini kəsərək köməksiz vəziyyətdə olan azyaşlı oğlu Ömər Şabanovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edildiyindən, 10.08.2020-ci il tarixdə iş üzrə əməl Cinayət Məcəlləsinin 29, 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürməyə cəhd) maddəsinə tövsif edilməklə cinayət işi Səbail rayon prokurorluğu tərəfindən icraata qəbul edilib.

Rayon prokurorluğunun müstəntiqi tərəfindən Emil Kazıyevin barəsində "ittiham elan edilməsi üçün tutulması” haqqında qərar qəbul edilib, lakin sonuncunun xəstəxananın reanimasiya şöbəsində stasionar müalicə almasını nəzərə alaraq, hazırda təqsirləndirilən şəxs qismində cəlb olunması mümkün olmayıb.

Qeyd edilməlidir ki, hazırda Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən azyaşlı Ömər Şabanovun şəxsiyyət kimi formalaşmasına, habelə onun mənəvi inkişafına, fiziki və psixi sağlamlığına təsir edən amillər, ümumilikdə maddi-məişət şəraiti hərtərəfli yoxlanılır və araşdırmanın nəticəsindən asılı olaraq Ömər Şabanovun gələcək həyat şəraiti, qulluq və qayğı vəziyyəti ilə bağlı qanuni tədbirlərin görülməsi təmin ediləcək.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:10 24.09.2020

Sevda Yahyayeva: Həyat yoldaşım məni çox sevir, əsl xanım olmağı hiss etdirir - Video

14:55 24.09.2020

Bakının mərkəzində böyük ilan peyda oldu - VİDEO

14:41 24.09.2020

Azərbaycanın döyüş təyyarələri gecə uçuşları keçirdi - VİDEO

14:26 24.09.2020

Nazirlik fitnes zallarının necə fəaliyyət göstərə biləcəyini açıqladı

14:17 24.09.2020

Şöbə müdiri məktəblərdə koronavirusla bağlı vəziyyətdən danışdı

14:05 24.09.2020

Mikayıl Cabbarov: “İqtisadi geriləmə gözlədiyimizdən az olacaq"

14:00 24.09.2020

Canlı efirdə aktrisaya evlilik təklifi edildi - VİDEO

13:58 24.09.2020

Mikayıl Cabbarov: “Gələn il vacib sərmayə qərarı üçün işlər yekunlaşacaq”

13:54 24.09.2020

"Uçurum" və "Bir qadın"ın yeni bölümündə nələr olacaq? - VİDEO

13:50 24.09.2020

Dünya ikinci dalğanın astanasında - Azərbaycanda nələr olacaq?

13:47 24.09.2020

Kanadada koronavirusun ikinci dalğası elan olundu

13:34 24.09.2020

"AzerGold” istiqrazlarının dövriyyəyə buraxılması ilə bağlı “Açılış zəngi” mərasimi keçirilib - FOTO

13:31 24.09.2020

46 yaşlı kişi universitetə qəbul oldu - FOTO

13:25 24.09.2020

Təcavüzə uğrayan qadının hekayəsi canlı yayımda hər kəsi ağlatdı - VİDEO

13:18 24.09.2020

Suriyadan Qarabağa erməni silahlıları gətirildi - Azərbaycana qarşı döyüşmək üçün

13:17 24.09.2020

Bakıda üç yaşlı qızı oğurlamaqda təqsirləndirilən qadına hökm oxundu

X Mostbet