Bakıda dəhşət: iş adamı villasında özünü güllələdi

Bakıda dəhşət: iş adamı villasında özünü güllələdi
SOSİAL
11:35 04.10.2016
4873

 

Bakıda intihar hadisəsi baş verib.

Bakıxanov qəsəbəsində 1956-cı il təvəllüdlü Zəlimxan Bünyatov yaşadığı villada özünü güllələyib. O, hadisə yerindəcə keçinib.

Bildirilir ki, hadisə baş verərkən Z.Bünyatovun ailə üzvləri evdə olub. O, "Vinçester" markalı tüfəngi götürərək hamam otağına keçib və burada özünə atəş açıb. Səsə gələn ailə üzvləri 60 yaşlı kişinin həyatını xilas edə bilməyib.
 
Lent.az-ın əldə etdiyi digər məlumata görə, intihar edən şəxs biznesmen olub və tikinti şirkətinə rəhbərlik edirmiş.
 
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

///Lent.az

 

OXŞAR XƏBƏRLƏR