AZXEBER.COM "Sputnik Azərbaycan”a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə görüntü və xəbər yayılıb.
Məlumata görə, hadisə bu gün səhər saatlarında Yeni Yasamal ərazisində, "Şərur" MTK-ya məxsus binada baş verib. Bina sakinlərinin sözlərinə görə, dünən gecədən binadakı mənzillərdən birində qadın ağlaması eşidilirmiş.
"Dava-dalaş səsi gəlirdi. Sonra bir anda dəhşətli səs gəldi. Və bir nəfər özünü mənzildən yerə atdı" — deyə şahidlər bildiriblər.
"Bir azdan qızın anası gəldi. Təəccüblə "bura haradır, mənim qızımın burada nə işi var?" dedi. Mənzərə çox vahiməli idi" — deyə hadisəni video-lentə alan qonşular bildiriblər.