Badamdarda 14 yaşlı yeniyetmənin başına daş plitəsi düşüb – ANBAAN VİDEO

HADİSƏ
22:45 02.05.2021
1003
Bakının Səbail rayonu, Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsində 14 yaşlı yeniyetmənin başına daş piltəsi düşməsi anının videosu yayılıb. 

Hadisə nəticəsində 2007-ci il təvəllüdlü Şabanov Əli Mahir oğlu ağır kəllə-beyin travması alıb və komatoz vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Yeniyetmənin vəziyyəti son dərəcə ağırdır.

İTV hadisənin başvermə anının görüntülərini yayımlayıb.

OXŞAR XƏBƏRLƏR