Bakı şəhərinin Qaradağ rayonu ərazisində dəhşətli yol qəzası baş verib.
Bu gün saat 06:10-da Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ilə Sahil qəsəbəsini birləşdirən yolun 5-ci kilometrliyində "Vaz 2106" markalı, 90 FO 643 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə 50 DF 025 nömrəli "KamAZ" toqquşub. Nəticədə minik avtomobilində olan 3 nəfər hadisə yerindəcə keçinib.
Onların bir ailənin üzvü olduğu bildirilir.
Hazırda ölən şəxslərin kimliyi dəqiqləşdirilir.
///Lent.az











































