Bakıda dəhşətli hadisə: hərəkətdə olan avtomobildən yıxılıb öldü

Bakıda dəhşətli hadisə: hərəkətdə olan avtomobildən yıxılıb öldü
SOSİAL
11:30 29.06.2017
1027
Bakıda pikapın kuzasından yıxılan şəxs vəfat edib.
 
Binəqədi rayonu - Mir Cəlal küçəsi 1 ünvanının qarşısıda Vüsal Qasımovun idarə etdiyi "Mitsubishi L200” markalı pikap sərt döngəyə daxil olarkən kuzada olan 31 yaşlı Abuzər Qəhrəmanov müvazinətini saxlaya bilməyib və yolun hərəkət hissəsinə yıxılıb.
 
Ağır kəllə-beyin travması alan A.Qəhrəmanov Kliniki Tibbi Mərkəzə aparılıb. Lakin həkimlərinə səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır. 
/// Lent.az
OXŞAR XƏBƏRLƏR