Bakıda dəhşətli hadisə: Özünü binanın damından atdı

Bakıda dəhşətli hadisə: Özünü binanın damından atdı
SOSİAL
10:45 29.06.2018
3660
Bakıda intihar hadisəsi baş verib.
 
Ötən gecə saat 12 radələrində Xətai rayonu Neapol küçəsində yaşayan 1968-ci il təvəllüdlü Cabbarov Natiq Ağamirzə oğlu özünü binanın damından atıb. O, hadisə yerindəcə keçinib.

Bildirilir ki, hadisə yerinə ilk olaraq Natiqin qonşuluqda yaşayan qardaşı Elşən gəlib. O, bildirib ki, qardaşının son vaxtlar maddi çətinlikləri olub və şəkər xəstəliyindən əziyyət çəkirmiş.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
 
///Lent.az
OXŞAR XƏBƏRLƏR