Bakıda dəhşətli qətl: “Instagram” parolunu vermədiyinə görə arvadını öldürdü

Bakıda dəhşətli qətl: “Instagram” parolunu vermədiyinə görə arvadını öldürdü
SOSİAL
15:57 25.09.2021
5003
Emin və Firuzə (adlar şərtidir) 2009-cu ildə ailə həyatı qurublar.

Onların bu nikahdan iki övladları dünyaya gəlib. Firuzə həm də Eminin anasının xalası nəvəsidir, yəqin qohum olduqlarına görə qızı bəyənib ailələrinin bir üzvü ediblər.

Onlar Bakının Suraxanı rayonu, Əmircan qəsəbəsində yaşayıblar, eyni həyətdəki digər evdə Eminin atası və anası da yaşayıb.

Bir neçə il - 2020-ci ilin yay ayına qədər ailədəki münasibətlərdə gündəlik qayğılar, ailə ehtiyacları prioritetdir.

Ancaq 2020-ci ilin yayı ailədə isti münasibətlərin hərarətini artırmır, əksinə, bu tarixdən etibarən münasibətlərdə soyuqluq yaranır. Sonluq isə qanla bitir, Emin Firuzəni həyatdan məhrum edir...

Hadisə necə olmuşdu?

AZXEBER.COM oxu.az-a istinadən məhkəmə istintaqının materiallarına əsasən, qətlə səbəb olan motivləri oxucuların diqqətinə çatdırır.

2020-ci ilin yay aylarında Emin həyat yoldaşının "Instagram" sosial şəbəkəsində başqa kişilərlə yazışdığından şübhələnir, lakin əlində fakt olmadığı üçün məsələni çox da qabartmır.

Bir neçə gün keçir, Eminin beynini şübhələr dağıdır, artıq o, Firuzəyə güvənmir. Gecə saatlarında Firuzədən şübhələnir, yataq otağına keçib telefonu onun əlindən alır.

Həmin vaxt Firuzə "Instagram"dan çıxa bilmədiyi üçün ekranda "Həsən" adlı profili və həmin oğlanla ikisinin birlikdə şəkillərini görür. Qadın ərinə guya şəkilləri montaj etdiyini, həmin oğlanı tanımadığını, həmçinin "Instagram"da qrup açdıqlarını, orada hamının danışdığını deyir.

Lakin ər hirslənir, əsəbini arvadını döyməklə çıxır.

Ər-arvad arasındakı münasibətlər gərginləşir. Emin 2021-ci ilin 30 yanvarında gecə saatlarında Firuzənin əlində yenidən telefonu alır.  

Telefona baxdıqdan sonra arvadının "Instagram" sosial şəbəkəsində "Qaqaş Seyfəlov" adlı şəxslə yazışdığını görür və Firuzəni döyür.

Daha sonra anası və qayınanasını çağırıb vəziyyəti izah edir. Bu zaman Firuzənin anası qızını döymək istəyir, lakin Emin buna imkan vermir. Sakitlik üçün razılıq əldə olunur, lakin bu, çox qısamüddətli nisbi sakitlik idi.

2021-ci ilin fevralın 1-də saat 18 radələrində Emin evə gəlib yoldaşından "Instagram" parolunu soruşur.

Firuzə isə parolu demir, aralarında mübahisə yaranır. Ər bu dəfə arvadını öldürməyi qərara alır. Döyür, sonra cinayətkar niyyətini tamamlamaq üçün mətbəxdən götürdüyü bıçaqla Firuzəyə yeddi bıçaq zərbəsi endirir.

Övladları isə səs-küyü eşitmirlər, çünki onlar Eminin atasının evində hər şeydən xəbərsiz idilər.

Emin vəziyyət barədə atasına danışır, arvadını öldürmə səbəbəni deyir. Anası da gəlir, qərara alırlar ki, məsələ barədə Firuzənin anasını da məlumatlandırsınlar. Ancaq birdən-birə, qəfil yox, buna görə də, zəng edib Firuzənin anasını evə çağırırlar.

Firuzənin anası gəlir, Eminin qonaq otağında yerdə uzanıb əllərini başının altına qoyaraq tavana baxdığını görür.

Ondan nə üçün yerdə uzandığını, özünü necə hiss etdiyini soruşanda arxadan kimsə ona "sən hələ həyətdəkinə bax, bundan beş betəri həyətdədir" deyir. Ana həyətə baxanda qızının meyitini görür...

Emin istintaqa ifadəsində hadisədən peşman olduğunu desə də, bu, onun cəzasının yüngülləşməsinə əsas vermir.

Emin Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 22 sentyabr tarixli hökmü ilə 10 il altı ay müddətinə azadlıqdan məhrum edilib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ersin Tatar: Azərbaycanın qısa müddətdə Qarabağı bərpa etməsi Şimali Kipri qürurlandırır
15:30 04.07.2025
Ersin Tatar: Azərbaycanın qısa müddətdə Qarabağı bərpa etməsi Şimali Kipri qürurlandırır
Almaxanım ana oldu
15:20 04.07.2025
Almaxanım ana oldu
Türkiyə Prezidenti ECO-ya üzv ölkələri Şimali Kiprlə əlaqələri genişləndirməyə çağırıb
15:15 04.07.2025
Türkiyə Prezidenti ECO-ya üzv ölkələri Şimali Kiprlə əlaqələri genişləndirməyə çağırıb
Beynəlxalq təşkilatdan İsrailə çağırış - "İcazə verin işimizi görək"
15:13 04.07.2025
Beynəlxalq təşkilatdan İsrailə çağırış - "İcazə verin işimizi görək"
Tacikistan Prezidenti: “ECO ölkələri üçün enerji bazarı strategiyası hazırlanmalıdır”
15:11 04.07.2025
Tacikistan Prezidenti: “ECO ölkələri üçün enerji bazarı strategiyası hazırlanmalıdır”
Beyniniz hər gecə lazımsız xatirələri silir
15:11 04.07.2025
Beyniniz hər gecə lazımsız xatirələri silir
Kəlbəcərdə Birinci Qarabağ müharibəsinin üç itkin şəhidi ilə vida mərasimi keçirilib
15:00 04.07.2025
Kəlbəcərdə Birinci Qarabağ müharibəsinin üç itkin şəhidi ilə vida mərasimi keçirilib
Ərdoğan: Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inanıram
14:45 04.07.2025
Ərdoğan: Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inanıram
Liderlərin Xankəndi görüşü dünyaya hansı mesajı verdi? - Deputat AÇIQLADI
14:44 04.07.2025
Liderlərin Xankəndi görüşü dünyaya hansı mesajı verdi? - Deputat AÇIQLADI
Məhkəmədə Kəlbəcərin işğalına dair şok faktlar açıqlandı
14:41 04.07.2025
Məhkəmədə Kəlbəcərin işğalına dair şok faktlar açıqlandı
Media subyektləri bu halda reyestrdən çıxarılacaq
14:30 04.07.2025
Media subyektləri bu halda reyestrdən çıxarılacaq
Şəxsiyət vəsiqələrimiz dəyişir - Milli Məclisdə I oxunuşdan keçdi
14:26 04.07.2025
Şəxsiyət vəsiqələrimiz dəyişir - Milli Məclisdə I oxunuşdan keçdi
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
14:18 04.07.2025
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
Pezeşkian: ECO sammiti İrana qarşı son hücumların pislənilməsi üçün fürsətdir
14:05 04.07.2025
Pezeşkian: ECO sammiti İrana qarşı son hücumların pislənilməsi üçün fürsətdir
İlham Əliyev: Ermənistan işğal dövründə Azərbaycana 150 milyard dollar ziyan vurub"
14:00 04.07.2025
İlham Əliyev: Ermənistan işğal dövründə Azərbaycana 150 milyard dollar ziyan vurub"
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin İƏT-in 17-ci Zirvə görüşünün sədri seçilməsini təklif edib
13:56 04.07.2025
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin İƏT-in 17-ci Zirvə görüşünün sədri seçilməsini təklif edib