Bakıda dəhşətli qəza: Bir ölü, beş yaralı

Bakıda dəhşətli qəza: Bir ölü, beş yaralı
HADİSƏ
09:27 14.07.2025
232
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Rizvan Vaqif oğlu Abasovun idarə etdiyi "KIA Rio" markalı avtomobil ilə 1993-cü il təvəllüdlü Təbriz Ələz oğlu Baxışzadənin idarə etdiyi "Skoda Rapid" markalı avtomobil toqquşub.

Hadisə nəticəsində "KIA Rio"nun sürücüsü R.Abasov hadisə yerində ölüb, yanında olan oğlu 1991-ci il təvəllüdlü Kənan Rizvan oğlu Abasov, eləcə də "Skoda Rapid" markalı avtomobilin sürücüsü T.Baxışzadə, sərnişinlər - 1986-cı il təvəllüdlü Rahib Sahib oğlu İsmayılov, 1961-ci il təvəllüdlü Nazim Vahab oğlu Əliyev, və 1995-ci il təvəllüdlü Qurban Saqif oğlu Qurbanov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sabunçu Tibb Mərkəzinə yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanıb.
OXŞAR XƏBƏRLƏR