Bakıda dəhşətli qəza - Yüksək sürətlə hərəkətdə olan "Hyundai" qəza törətdi, ağır yaralılar var

Bakıda dəhşətli qəza - Yüksək sürətlə hərəkətdə olan "Hyundai" qəza törətdi, ağır yaralılar var
SOSİAL
10:56 06.08.2018
4792
Paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər ağır xəsarət alıb.

AZXEBER.COM "report"a istinadən xəbər verir ki, "90-NU-205" dövlət qeydiyyat nişanlı "Hyundai" markalı avtomobil Alı Mustafayev küçəsində yüksək sürətlə hərəkətdə olan zaman "01-BP-836" dövlət nişanlı "Mercedes" markalı maşına çırpılıb.

Zərbənin gücündən hər iki avtomobil beton arakəsməyə dəyib. Nəticədə "Hyundai"da olan iki nəfər ağır xəsarət alıb.

Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, hər iki yaralı açıq kəllə-beyin travması alıb. Hazırda onların vəziyyəti ağır kimi qiymətləndirilir.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib.

Fakt araşdırılır.
 

OXŞAR XƏBƏRLƏR