Bakıda dəhşətli qəza: Zərbənin təzyiqi kişini maşının üstünə atdı - VİDEO

Bakıda dəhşətli qəza: Zərbənin təzyiqi kişini maşının üstünə atdı - VİDEO
SOSİAL
14:38 15.04.2023
267
Dünən günorta saatlarında Bakı şəhər Sabunçu rayonu Maştağa qəsəbəsində ağır yol qəzası baş verib.

AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, sürətlə hərəkət edən "Ford" markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq yolun əks hərəkət zolağına çıxıb. Avtomobil daha sonra yolun kənarında dayanmış maşına və oradakı piyadaya çırpılıb. Nəticədə piyada zərbənin təsirindən digər avtomobilin üstünə düşüb və ağır bədən xəsarətləri alıb. 

Həmin şəxs xəstəxanaya yerlşdirilib. Faktla bağlı araşdırma aparılır.

Qəza anının görüntülərini təqdim edirik:
 
OXŞAR XƏBƏRLƏR