Bakıda dəhşətli yol qəzaları - VİDEO

Bakıda dəhşətli yol qəzaları - VİDEO
11:36 14.06.2012
2572
Azərbaycanda bu ilin yanvar-may aylarında 1035 yol qəzasında 313 nəfər dünyasını dəyişib, 1144 nəfər xəsarət alıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun verdiyi məlumata görə, qəzaların 429-u (104 ölüm, 503 xəsarət) paytaxtın payına düşür. Hadisələrin 389-u toqquşma (100 ölüm, 527 xəsarət), 139-u maneəyə vurma (40 ölüm, 164 xəsarət), 100-ü aşma (52 ölüm, 107 xəsarət), 372-si piyadaların vurulması (106 ölüm, 301 xəsarət) olub.Yol qəzalarından 277-si avtomobilin yüksək sürətlə idarə olunması (111 ölüm, 207 xəsarət), 255-i ötmə, manevr qaydalarının pozulması (70 ölüm, 363 xəsarət), 106-sı yolayrıcını keçmə qaydalarının pozulması (24 ölüm, 144 xəsarət) səbəbindən olub.Baş verən yol qəzaları "Təhlükəsiz Şəhər" sisteminin kameraları vasitəsilə qeydə alınıb.
OXŞAR XƏBƏRLƏR