Bakıda ödəmə terminalı oğurlandı: İçində külli miqdarda pul olub

Bakıda ödəmə terminalı oğurlandı: İçində külli miqdarda pul olub
SOSİAL
13:42 26.11.2021
283
Bakıda mağazadan oğurluq olub.
 
Suraxanı rayonu, Bülbülə qəsəbəsində marketlərdən birinin qapısı sındırılmaqla "E-manat” ödəmə terminalı oğurlanıb.

Terminal bir qədər aralıda sındırılıb.

İçərisində olan 3 450 manat pul oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.
 
///Oxu.Az
OXŞAR XƏBƏRLƏR