Bakıda ödəmə terminalından oğurluğa cəhd göstərən şəxslər saxlanılıblar

Bakıda ödəmə terminalından oğurluğa cəhd göstərən şəxslər saxlanılıblar
SOSİAL
12:39 04.08.2023
180
Bakıda ödəmə terminalından oğurluğa cəhd göstərən şəxslər saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bakı Şəhər Baş Polis İdarəsi və Nərimanov RPİ 16-cı Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 30-da rayon ərazisindəki piyada keçidlərinin birində quraşdırılan ödəmə terminalından oğurluğa cəhd göstərən Bakı şəhər sakinləri 36 yaşlı Ramal Məmmədli və 31 yaşlı Tural Əhmədov saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR