Xəzərdə batmaq təhlükəsi ilə üzləşən 12 nəfər xilas edilib.
AZXEBER.COM Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən bildirir ki, bu gün nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Bilgəh, Corat, Pirşağı, Qızılqum və Mərdəkan sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşmiş 12 nəfər xilas olunub.