Ötən gecə saat 03:00 radələrində paytaxtın "Qara Qarayev" metrosu yaxınlığında yerləşən dönər evlərinin birində 21 yaşlı gənc özünü doğrayıb.
AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, Lənkəran sakini, 1997-ci il təvəllüdlü Əliyev Mirsəməd Loğman oğlu bir günlük Bakıya qonaq gəlib.
M.Əliyev dönərxanaların birində münaqişə yaşayıb. Nəticədə, sol qolunu doğrayıb.
Çoxlu qan itirən M. Əliyev Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Yaralıya tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb. Vəziyyəti orta ağırdır.
Faktla bağlı araşdırma aparılır.