Paytaxtın Səbail rayonu, "Sahil" metrostansiyasının yaxınlığında dönərxanada baş verən yanğının qarşısı alınıb.
Bu barədə AZXEBER.COM-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.










































