Bakıda dostlar arasında dava: xəstəxanalıq oldu

SOSİAL
10:12 29.03.2019
2992
Bakının Nərimanov rayonunda dost dostunu ayağından bıçaqlayıb.

AZXEBER.COM ONA-ya istinadla xəbər verir ki, hadisə Təbriz küçəsində baş verib.

1997-ci il təvəllüdlü Pənahov Elvin Rasim oğlu dostu ilə mübahisə edib. Mübahisənin sonunda E.Pənahov sol ayağının baldır nahiyəsindən bıçaqlanıb.

Yaralı taksi ilə xəstəxanaya çatdırılıb.

Fakt Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsində araşdırılır.

OXŞAR XƏBƏRLƏR