Bakıda dörd yaşlı uşaq bağçada döyüldü - FOTO

Bakıda dörd yaşlı uşaq bağçada döyüldü - FOTO
SOSİAL
12:52 23.01.2018
1235
Bakıdakı bağçaların birində uşağın döyüldüyü iddia edilir.

AZXEBER.COM xəbər verir ki, Oxu.Az-a müraciət edən Gülnarə Quliyeva övladının bağçada döyüldüyünü bildirir.

O deyir ki, "I-Kids” adlı bağçada onun övladına xəsarətlər yetiriblər:

"Oğlum dörd yaş yarımlıqdır. Nitq geriliyi var, ancaq psixoloji problem yoxdur.

İki ildir "I-Kids” adlı özəl bağçaya gedir. Montesori proqramı ilə işlədiyi üçün buranı seçdik. Bağçaya ayda 350 AZN pul ödəmişik. Son altı ayda uşağın bədənində göyərti, yaxud yaraya oxşayan bir qızartı olurdu. 

Məsələ ilə bağlı bağçaya müraciət etdim, cavab olaraq bildirdilər ki, uşaq hiperaktivdir, özünü ora-bura çırpır. Sonuncu dəfə evə gətirəndə bədənində dərin cızıq var idi. Görəndə narahat oldum ki, niyə mənə heç bir xəbərdarlıq etməyiblər”.
 
Valideyn bağçanın həkimi ilə əlaqə saxlayıb. Maraqlananda deyiblər ki, uşaqdakı yara bağçada yaranmayıb. 

"Ola bilər ki, evdə olanda nəsə baş verib”.

G. Quliyeva bağça müdiri Aytən Tağıyeva ilə görüşüb. Müdir bildirib ki, məsələ araşdırılacaq, lakin hadisənin bağçada baş verməsi mümkün deyil. 

"Uşağın qrupunu dəyişdirdilər, yenə müdirlə görüşməyə cəhd etdim, alınmadı. Əvəzində müavinlə görüşdüm. Direktor müavinindən müəllimlərin diplomları və sağlamlıqları haqqında arayış istədim. Mənə cavab olaraq bildirdilər ki, siz paranoyaksınız, həyatınızda olan problemlərdən başınız xarab olub. Artıq uşağı bağçaya gətirməməyimi istədilər və qapıları üzümə bağladılar”. 

Məsələ ilə bağlı "I-kids” uşaq bağçasının tibb bacısı Svetlana xanımla əlaqə saxlanılıb O, G.Quliyevanın iddialarını əsassız adlandırıb:

"İdris Quliyev biz bağçamızda üç ilə yaxın tərbiyə olunub. Bu illər ərzində uşağa qarşı heç bir zorakılıq olmayıb. Gülnarə xanımla aramızda yazışmamız var məndə”.

G.Quliyevanın bağçadan uzaqlaşdırılmasına səbəb dəfələrlə onları etmədikləri hərəkətlərdə ittiham etməsi olub:

"Xanım bizə müraciət edərək, tərbiyəçilərin şəxsi məlumatlarını və sağlamlıq haqqında arayış istədi, lakin biz rəsmi sorğu olmadan belə məlumatları fərdi şəxslərə verə bilmirik”. 

Bağça həkimi iddia edir ki, xanımın problemi ailədaxili çətinliklərlə əlaqədardır:

"Demirik ki, uşağı evdə döyürlər, lakin hadisə bizim bağçamızda baş verməyib. G.Quliyevanın iddiası əsasızdır, onun əlində heç bir sübut yoxdur. Gülnarə Quliyeva bağça əməkdaşlarına şər atdığı üçün biz də öz növbəmizdə aidiyyəti qurumlara müraciət edəcəyik”.

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gəncədə 34 yaşlı şəxs bıçaqlandı
20:54 19.03.2026
Gəncədə 34 yaşlı şəxs bıçaqlandı
Özbəkistanın rəsmi UZA agentliyi: Daşkənd və Bakı regional iqtisadi əməkdaşlığın yeni modelini qurur
20:46 19.03.2026
Özbəkistanın rəsmi UZA agentliyi: Daşkənd və Bakı regional iqtisadi əməkdaşlığın yeni modelini qurur
Bu xətt üzrə avtobuslar yeniləndi - Kart sisteminə keçdi
20:32 19.03.2026
Bu xətt üzrə avtobuslar yeniləndi - Kart sisteminə keçdi
Nuranın xalq artisti ilə dueti bu səbəbdən baş tutmadı
20:23 19.03.2026
Nuranın xalq artisti ilə dueti bu səbəbdən baş tutmadı
Azərbaycanda bu məmurların, nazirlərin maaşı artırıldı - SİYAHI - RƏQƏMLƏR
20:14 19.03.2026
Azərbaycanda bu məmurların, nazirlərin maaşı artırıldı - SİYAHI - RƏQƏMLƏR
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
20:06 19.03.2026
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb
20:00 19.03.2026
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
19:43 19.03.2026
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
Lukaşenko özünü Trampın tərəfdarı adlandırıb
19:40 19.03.2026
Lukaşenko özünü Trampın tərəfdarı adlandırıb
İranda İsrailə casusluq şübhəsi ilə daha 97 nəfər saxlanılıb
19:26 19.03.2026
İranda İsrailə casusluq şübhəsi ilə daha 97 nəfər saxlanılıb
ABŞ İranın 120-dən çox gəmisini məhv edib
19:09 19.03.2026
ABŞ İranın 120-dən çox gəmisini məhv edib
BƏƏ bu gün İranın 7 ballistik raket və 15 dronunu vurub
18:59 19.03.2026
BƏƏ bu gün İranın 7 ballistik raket və 15 dronunu vurub
İraq hava məkanını martın 22-dək bağlayıb
18:47 19.03.2026
İraq hava məkanını martın 22-dək bağlayıb
Bundan sonra sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsinə TƏBİB baxacaq
18:45 19.03.2026
Bundan sonra sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsinə TƏBİB baxacaq
Reabilitasiya müəssisələri Sosial Xidmətlər Agentliyinin tabeliyinə veriləcək
18:42 19.03.2026
Reabilitasiya müəssisələri Sosial Xidmətlər Agentliyinin tabeliyinə veriləcək
İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olunub, yeni agentlik yaradılıb
18:39 19.03.2026
İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olunub, yeni agentlik yaradılıb