Bakıda Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsinin illik konfransı keçirilib - FOTOLAR

İQTİSADİYYAT
18:10 23.05.2013
2112
Bu gün Bakıda Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsinin ikigünlük 11-ci illik konfransı başlayıb.
AZXEBER.COM-un məlumatına görə, konfransda Parlament Şəbəkəsinin 200-dən artıq parlamentarisi, vətəndaş cəmiyyəti və tərəfdaş təşkilatların rəhbərləri və Dünya Bankı, BVF və regional inkişaf bankları daxil olmaqla, bir sıra beynəlxalq maliyyə institutlarının yüksək vəzifəli rəsmiləri iştirak edib.
Forumda maraqla gözlənilən panellərdən biri "Emaledici sənayəde şəffaflıq: Resursların idarə edilməsində deputatların rolu" olub.
Millət vəkili Ceyhun Osmanlının moderatorluğu ilə keçən forumda məruzəçilər BVF Siyasət və icmal departamentinin strategiya direktoru köməkçisi Elliot Harris və BƏT Sosial Təhlükəsizlik Departamentinin nümayəndəsi Krzystof Hagemjer olub.
Paneldə qeyd edilib kj, vətəndaşların başlıca sosial xidmətlərini minumum paketinə əlçatımlılığı və gəlir əldə edə bilməyənlər üçün gəlir dəstəyinin təmin olunması – minimum sosial müdafiə standartları – BƏT VƏ BVF –da daxil olmaqla beynəlxalq təşkilatların dəstəyindən yararlanan inkişaf etməkdə olan bir sıra milli hökümətlər üçün aparıcı sosial siyasət prioritetlərindəndir.Qeyd edək ki, Dünya ölkələrindən 100-ə yaxın millət vəkili panelin qonaqları olublar. Tədbir Gülüstan sarayında keçirilib.
AZXEBER.COM paneldən fotoları təqdim edir:

OXŞAR XƏBƏRLƏR